İki avtomobil toqquşdu — Kafenin hasarı uçdu

HADİSƏ 05 sen 2020, 22:47

Şabran rayonun Ağalıq kəndində qəza törədən avtomobillər yol kənarındakı kafenin hasarını aşırıb, obyektin ərazisinə girib.


“Qafqazinfo”nun məlumatına görə, hadisə Xaçmaz-Bakı yolunun Şabran rayonunun Ağalıq kəndindən keçən hissəsində qeydə alınıb.


Hadisədə “QAZel” və “Mercedes” markalı avtomobillər toqquşub və zərbədən yol kənarındakı kafenin hasarını zədələyərək onun ərazisinə daxil olublar.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top