"Prezidentin açıqlaması bir ölkəyə ünvanlanan mesaj deyildi"

GÜNDƏM 03 sen 2020, 16:11

"Yunanıstan səfiri ilə görüşdəki açıqlama bir ölkəyə ünvanlanan mesaj deyildi. Prezident İlham Əliyev bilavasitə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-a, Rusiyaya, Fransaya, ümumiyyətlə region ölkələrinə mesaj verdi ki, biz Türkiyənin yanındayıq və Türkiyə də hər zaman bizim yanımızda olacaq”.


Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. 


Ekspert hesab edir ki, dövlət başçısı Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edərkən bir sıra vacib məqamlara toxunub:


“Prezident dünən Yunanıstanın yeni səfiri ilə görüşündə bəzi narahatçılıqları dilə gətirdi və konkret olaraq bildirdi ki, Azərbaycan istənilən məsələdə Türkiyənin yanında olub və bundan sonra da olacaq. Yunanıstan ilə Türkiyə arasında müəyyən narazılıqlar və narahatlıqların fonunda səfirə açıq bildirdi ki, Azərbaycan qardaş Türkiyəni dəstəkləyəcək. Görüşdə maraqlı məsələlərə toxunuldu. Onlardan biri o idi ki, “Yunanıstan-Kipr-Ermənistan” üçbucağı Azərbaycanı narahat edir və bu, işğalçıya bir dəstəkdir. Eyni zamanda, Prezident orada ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyaya da müəyyən mesaj ötürdü. Yəni, Rusiya Bakıda and-aman edir ki, biz Ermənistana silah-sursat ötürmürük, amma Prezident qeyd etdi ki, dünən (red. srağagün) də daha bir hərbi təyyarənin Ermənistan ərazisində peyda olub. Bunu ruslar yəqin ki, öz aləmində tikinti materialları adı ilə qeyd edirlər. Amma biz bilirik ki, o beynəlxalq reyestrlərdə, sənədlərdə nə göstərilir və Ermənistana hansı yüklər daşınır".


“Prezident görüşdə belə bir fikir səsləndirdi ki, Türkiyə Azərbaycan üçün bir nömrəli tərəfdaş olacaq. Bu isə Rusiyanı narahat edir, bir nömrəli tərəfdaş o deməkdir ki, iqtisadi, siyasi, hərbi sahədə silah-sursat almağımızda və digər məsələlərdə Türkiyə Azərbaycanın bir nömrəli partnyoru olacaq. Bu da Rusiyanın çatladır. Rusiya narahatdır ki, bu qədər pullar əldən çıxacaq, Türkiyənin regionda nüfuzu daha artacaq”- deyə Ü.Cəfərov bildirdi. 

 

No description available.


Müsahibimiz açıqlamasında Türkiyənin Azərbaycana olan dəstəyindən də danışıb. O, Qarabağ münaqişəsi başladığı vaxtdan indiyədək ilk dəfə yaşananlardan bəhs edib:


“Türkiyə ilk dəfə idi ki, 2020-ci ilin iyul ayında Azərbaycana belə açıq şəkildə dəstək nümayiş etdirirdi. Yəni, Türkiyə  Azərbaycanın yanındadı, Azərbaycana istənilən dəstəyi, hərbi, maddi və mənəvi dəstəyi verəcək. Türkiyə Prezidenti, Xarici işlər naziri və Müdafiə nazirinin Azərbaycana dəstək nümayiş etdirməsi, o cümlədən Azərbaycan Müdafiə nazirinin iki müavininin Türkiyədə səfərdə olması, daha sonra Türkiyə -Azərbaycan  birgə hərbi təlimləri ümumilikdə bu miqyasda ilk dəfə idi ki, diplomatik, siyasi, hərbi aktivlik nümayiş olunurdu. 


Ekspert Azərbaycanın seçiminin bəlli olduğunu da diqqətə çatdırıb:

 

“Azərbaycan öz seçimini çoxdan etməliydi. Sadəcə,  bəzi məsələləri həm zaman, həm də vəziyyətə uyğun olaraq atırdıq. Azərbaycanın seçimi bəllidir. Bizə üzümüzə gülüb, arxamızdan tülkülük, min dənə hiyləgərlik Rusiya, Fransa, ABŞ kimi “beşüzlü” ölkələrin maraqları təmin olunanda onlara burada nəsə etmək lazım olur. Əgər onlar istəsəydilər, Qarabağ məsələsini “cırtdan”, “siçan” boyda cürəti olan Ermənistanı çoxdan yerində otuzdurardılar. Sadəcə, istəməyiblər ona görə ki, Ermənistan onlar üçün bir vassaldır, bir marionetkadır. Gah istədikləri vaxt Ermənistanı kukla kimi qaldırıb oynadırlar, it kimi Azərbaycanın və Türkiyənin üstünə hürdürürlər. Gah da ondan istifadə edib, əski kimi kənara atırlar. Yəni, Ermənistanın mahiyyəti bundan ibarətdir.  


Sentyabr ayında çox maraqlı proseslər olacaq. Mən o prosesləri qabaqlamaq istəmirəm. Yaxın günlərdə biz bu proseslərin şahidi olacağıq.  Burada qardaş Türkiyə də var, bizə yaxın olan dövlətlər də var. Həm regionla bağlı, həm Azərbaycanla bağlı siyasi, iqtisadi və hərbi sahədə çox maraqlı mənzərələrin şahidi olacağıq. Bunu ona görə qeyd edirəm ki, Azərbaycan da bir qədər çevik olmalıdır. Diplomatiyada bilirsən ki, yanında Türkiyə var, bizə yaxın dövlətlər var. Azərbaycan diplomatiyası hücum diplomatiyasına keçməlidir. Yeni Xarici İşlər naziri öz komandası ilə daha aktiv hərəkət etməlidir. Ermənilərin başından vurmaq lazımdır ki, biz haqlı olduğumuz halda, onlar Qarabağla bağlı belə hədyanlar səsləndirməsinlər, axmaq-axmaq  bəyanatlar  səsləndirməsinlər. Rusiya davamlı olaraq Ermənistanı qızışdırır, davamlı olaraq həyasızlığı davam etdirmək üçün Ermənistanı şirnikləşdirir. Ona görə də, Azərbaycanın başqa yolu qalmır, biz, yolumuzu qəti şəkildə müəyyənləşdirməliyik. Dostumuzu da, düşmənimizi də tam şəkildə elan etməliyik”.

 

Zaur Zahidoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top