Sabirin heykəlinə baxıb feyzə gələn qoca — O, özünü hələ də “toxunulmaz” hesab edir...

TƏHLİL 02 sen 2020, 14:28

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum özgələri ilə nədir karim,

Dünyavü cahan ac olur olsun nə işim var?!


Vəzifədə olduğu vaxt Mirzə Ələkbər Sabirin bu məşhur misralarını fəaliyyətinin əsas qayəsinə çevirən akademik Ramiz Mehdiyev dövran dəyişən kimi yenə Sabiri özünün əməllərinə alət etməyə cəhd edir.


Akademik üsyan silsiləsindən olan sonuncu yazısını Sabirin ona sərf edən misraları ilə başlayır. 

 

Açıklama yok.


Vəzifədə olarkən “milləti tarac” edən akademik indi AMEA-nın Rəyasət Heyətinin binasında eyvana çıxıb, oradan görünən Sabirin heykəlinə baxanda feyzə gəlib, “bir yazı da yazım” deyə qərar verib, bu dəfə Azərbaycanın dahi şairinin başqa misraları ilə özünü “akademik” görkəmdə təqdim etməyə çalışır. 


Ramiz Mehdiyevin yazdıqlarını oxuduqca onun keçmişdəki Ramiz Mehdiyevin qarasınca danışdığı aydın olur.


O, Azərbaycan mediasından tutmuş ictimai-siyasi həyatındakı problemlərdən bəhs edir. Halbuki, bütün bu problemlər onun Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bu ölkə üçün etdiyi pisliklərin mirasıdır. 


İndi akademik ya özünü təmizə çıxarmaq istəyir, ya da yaşının çoxluğu səbəbəsindən keçmişini unudub.


Birinci variant mümkün deyil, tarix Ramiz Mehdiyevin etdiklərini yazıb və onun etdiyi pisliklər xalqın yaddaşından silinməyəcək. 

 

Açıklama yok.


O baxımdan, ikinci variant daha inandırıcıdır. Qoca akademikin yaddaşı korşalıb və anlamır ki, sadaladığı məsələlər özünün acı mirasıdır.


Əslində Ramiz Mehdiyev bu yaşında AMEA-ya rəhbərlik edirsə, deməli daha çox elmlə məşğul olmalı idi. Amma o, elmi də, Elmlər Akademiyasını da bir kənara tullayıb, qoca vaxtında dövlətə üsyan edir. 


Akademikin dövlətə üsyan etməsi fonunda Akademiyanın Rəyasət Heyətinin binasının tarixi yada düşür. Həmin bina Bakı milyonçusu Ağa Musa Nağıyev tərəfindən gənc yaşda vəfat edən oğlu İsmayılın xatirəsinə ucaldılıb və uzun müddət şəfa ocağı kimi fəaliyyət göstərib. 


Məntiqlə Ramiz Mehdiyev 82 yaşında güclə yeridiyi bir vaxt bu binanın divarları arxasında şəfa tapmalı, dövlətin indiyə qədər ona verdiyi imtiyazların xatərəsinin kölgəsində dincəlməli idi.

 

Açıklama yok. 


Bəs o nə etdi?


Özünü qanundan üstün tutdu, dövlət qanunun aliliyini təmin edəndə bunu özünə qarşı “qərəz” kimi qəbul etdi və gözünü yumub ağzını açdı. 


Ramiz Mehdiyevi özündən çıxaran indiyə qədər özünü “toxunulmaz” hesab etməsi idi. Lakin Prezident İlham Əliyevin dediyi kimi heç kim qanundan üstün deyil.


İndi akademik dövlətə qarşı üsyan bayrağını qaldırıb. Lakin unudur ki, onun qaldırdığı bayraq elə dövlətin ona verdiyi imtiyazın kölgəsindədir və dövlət istədiyi vaxt kölgəsini onun üzərindən çəkə bilər. 


Ramiz Mehdiyev bütün bunları unudur. Unutqanlığını qocalığına bağışlamaq da olardı, amma akademik özünün yaratdığı problemlər üzərindən bu gün dövləti hədəfə alırsa, o zaman dövlət ona da öz gücünü göstərəcək və Ramiz Mehdiyevin sonrakı peşimançılığı faydasız olacaq. Zənnimcə, indi qoca dövlətdən qisas almaq cəhdlərinin ona hansı aqibəti yaşadacağını düşünəcək qədər müdrik olmalıdır...


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top