Mərkəzi Bank ötən ay valyuta ehtiyatlarını artırıb

İQTİSADİYYAT 01 sen 2020, 17:14

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 1-nə 6 mlrd 483,9 mln ABŞ dolları təşkil edib.


Demokrat.az quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 15,2 milyon ABŞ dolları və yaxud 0,3% çoxdur.


AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 225,9 milyon ABŞ dolları və yaxud 3,6% çox, son 1 ildə isə 479,6 milyon ABŞ dolları və yaxud 8% artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top