Sumqayıtdakı yanğın söndürüldü — YENİLƏNİB + VİDEO

HADİSƏ 30 avq 2020, 18:04

Sumqayıtda tullantıların yığıldığı ərazidə güclü yanğın olub.


Hadisə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində qeydə alınıb.


Yanğın yaşayış yerinə yaxın olduğundan hər hansı bir təhlükənin qaçılmaz olduğu bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Bölməsinin əməkdaşları cəlb olunub.


Yanğın söndürülüb və yaxınlıqda olan tikililərə keçməsinin qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

15:38

Sumqayıtda güclü yanğın başlayıb.

 

Unikal.org-un məlumatına görə, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinin yaxınlığında polietilen materiallar istehsal edən sex yanır.


Əraziyə yanğınsöndürən avtomobillər cəlb edilsə də, nəqliyyat vasitələri yanğının söndürülməsində çətinlik çəkirlər.

 

Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top