Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər — VİDEO

HADİSƏ 29 avq 2020, 19:20

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqal yaradan toyundan yeni görüntülər yayılıb.


Xatırladaq ki, sabiq millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib.


Nəticədə sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Toyda iştirak edən qonaqlar isə cərimələnib.


Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən, Azərbaycanda toy və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Eyni zamanda, həmin vaxt Tovuz döyüşlərində həlak olan yüksək rütbəli hərbçilərin 40-ı çıxmamışdı. Bütün Azərbaycan qeyri -rəsmi olaraq, öz qəhrəmanlarına yas saxlayırdı...


Həmin görüntüləri Meydan Tv-yə istinadən təqdim edirik: 

 

 

Musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top