Qoç Goranboyda yaşlı qadını komaya saldı

HADİSƏ 29 avq 2020, 18:54

Goranboy rayonunda qoç 70 yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib.


"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.


Belə ki, kənd sakini, 1950-ci il təvəllüdlü D.İmamquliyevanı qoç vuraraq ona xəsarət yetirib. Ağır kəllə-beyin travması alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun koma vəziyyətində olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top