Rusiyada avtobus qəzasında 13 nəfər həyatını itirdi (FOTO)

DÜNYA 05 okt 2018, 11:26

Rusiyanın Tver vilayətində dəhşətli yol qəzası baş verib.


“Ölkə.Az” xəbər verir ki, Kalinin rayonunun Nekrasovo kəndi yaxınlığında “Ford Transit” markalı mikro avtobusla “LiAZ” markalı avtobus toqquşub. Avtobus Rjevdən, marşrut avtobusu isə Staritsadan gəlirmiş.


Rusiyanın Fövqəladə Hallar nazirliyindən bildiriblər ki, qəza nəticəsində 13 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Qəza yerindən meyitləri və yaralıları “Mi-8” helikopteri təxliyə edir. Yol polisinin ilkin versiyasına əsasən, qəzaya səbəb mikro avtobusun qarşı yola çıxması olub. Hazırda araşdırma aparılır. Tver vilayətinin qubernatoru da qəza baş verən ərazidədir.

Сотрудники МЧС на месте ДТП в Тверской области. 5 октября 2018

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top