Goranboyda avtomobil ağaca çırpıldı — Ölən var

HADİSƏ 29 avq 2020, 16:57

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xoylu kənd yolunda qeydə alınıb.


Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan, Goranboy rayon Qaradağlı kənd sakini, 1991-ci il təvəllüdlü Məhərrəm Musayev aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top