Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən iş adamından AÇIQLAMA

GÜNDƏM 28 avq 2020, 11:36

Tanınmış iş adamı, professor Şamil Heydərov AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi barədə yayılan məlumatlara münasibət bildirib. 


İş adamı Demokrat.az-a açıqlamasında deyib ki, bununla bağlı yayılan məlumatlar tamamilə yalandır:


"Mənim o toyda iştirakımla bağlı deyilənlər və yazılanlar tamamilə yalan, şər-böhtandır. Ümumiyyətlə, mən Ramiz Mehdiyevin nəvəsinin toyunun olması barədə məlumatları toydan bir neçə gün sonra mətbuatdan öyrənmişəm. Toyda iştirakım barədə xəbərlər tamamilə yalan və uydurmadır. Bu cür xəbərlərin yayılmasında məqsəd mənim işgüzar nüfuzuma xələl gətirməkdir. Ona görə də məsələyə hüquqi müstəvidə baxılması müzakirə olunur".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top