Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən deputat istefa verdi — FOTO

GÜNDƏM 28 avq 2020, 09:44

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, B.Əliyev öz istəyi ilə işdən çıxıb.

 

Bildirilib ki, o, BDU-da heç bir vəzifə daşımır.

 

B.Əliyev 1997-ci ildən Psixologiya kafedrasının müdiri olub. Hazırda kafedranın müdiri vəzifəsi psixologiya üzrə elmlər doktoru, professor Elnarə Şəfiyevaya həvalə edilib. E.Şəfiyeva 1993-97-ci illərdə BDU-nun psixologiya kafedrasında baş müəllim, 1997-2013-cü illərdə dosent olub və 2013-cü ildən professor vəzifəsində çalışır.

 

Xatırlatma: Bəxtiyarın Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi bildirilirdi. Amma o, açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını deyib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top