Sürücülər belə "tora" salınır - Yol Polisinin yeni "PUL TƏLƏSİ" - VİDEO

MARAQLI 04 okt 2018, 20:58

Dövlət Yol polisinin sürücülərə qarşı hiylə fantaziyaları bitib-tükənmək bilmir. 


Demokrat.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu görüntülərdə  insanları açıq-aşkar tələyə salmaq üçün yol polisinin törətdiyi “əməllər” diqqət çəkməyə bilmir. Həmin görüntülər Bakı-Qazax yolunun Yevlax şəhər postu yaxınlığında olduğu aydın görünür. 


Bu cür hallar polis əməkdaşlarının yol nişanlarından istifadə edərək, bəhrələndiyi “üsullar” vətəndaşların tələyə salınmasına, bürokratik əngəllər yaratmasına yönəlib. 

 

Похожее изображение


Məhz proseslərin bu cür gedişi Gəncə-Qazax bölgəsindən Bakı istiqamətinə yollanan sürücülərin “pul tələsi”nə salır. Çünki 60 km/saat göstərilən yolda həmin sürətlə hərəkət edərkən, bir anlıq yol nişanı dəyişir və bununla da, sürücülər gərəksiz yerə cərimələnir. 

 

Похожее изображение


Məsələdən daha ətraflı agah olmaq üçün görüntüləri sizlərə təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top