"Məni İsmayıllıya aparıb kotecdə saxladılar" — Rəqsanənin qızından İLGİNC AÇIQLAMALAR

MARAQLI 04 okt 2018, 15:58

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun ARB TV-nin "Show News” verilişinin efirində maraqlı açıqlamalar səsləndirib.


"Ölkə.Az"-ın məlumatına görə, o, "İnstagram" izləyicilərinin saxta olmadığını deyərək, bəzi sənətçilərə söz atıb:


"Bu gün mənim əslində, bir ordum var. Bəziləri kimi "İnstagram” izləyicilərimin heç biri saxta deyil. Bir az tanınmağım kimdənsə zəif olmağım demək deyil. Məsələn, mənə heç kim deyə bilməz ki, yolda gedəndə "şəkil çəkdirək” deyənə yox demişəm. Kim yaxınlaşır deyirəm, gəl, hələ qucaqlaşırıq da".


Azərbaycanda çəkilən filmləri də tənqid edən Aysun İsmayılova çəkildiyi bir film barədə söz açıb: 


"Mən Azərbaycanda türklərin çəkdiyi bir filmə çəkildim. 
O filmin üstündən 10 il keçib, film hələ də ortada yoxdur. Nə də heç kimin pulunu verməyiblər, hamıya atdılar. Apardılar İsmayıllıda saxladılar. Hər kəsə bir kotec tutulmuşdu. Mən dedim ki, qala bilmərəm camaatla.

Mən özüm öz otağımın, yeyib-içməyimin, yanımdakı qorumanın və sürücümün pulunu ödədim. Hələ o vaxt mən bu qədər tanınmırdım. Onunla belə kişinin oğlu mənə kontakta 400 manat yazıb. Neynirəm sənin 400 manatını. Mənim maşınımın benzin pulu 400 edir. Dedim qurbandı istəmirəm. Biabırçılıq...”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top