Deputatlar gömrüklə bağlı qərarı təqdir etdilər — AÇIQLAMA

GÜNDƏM 26 avq 2020, 14:12

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişikliyə münasibət bildirib. 


Demokrat.az xəbər verir ki, Tahir Mirkişili sözügedən qərarla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirələrin aparıldığını deyib.


Deputat qeyd edib ki, əsasən onlayn sifarişlər ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinə də vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub:


"Daxil olan müraciətlər və Dövlət Gömrük Komitəsinin təqdim etdiyi arayışlar əsasında komitə üzvləri arasında müzakirə aparılıb. 


Müzakirə zamanı aydın oldu ki:


1. Poçt vasitəsilə aylıq rüsumsuz limitin 300 dollara endirilməsi zamanı digər ölkələrin təcrübəsindən istifadə edilib. Belə ki, bu limit Gürcüstanda 125 dollar, Rusiyada 200 avro, Avropa Birliyi ölkələrində isə 150 avrodur.


2. Məlum olub ki, bu ilin 7 ayı ərzində onlayn sifariş edən vətəndaşların 85%-nin sifariş etdiyi məhsulun dəyəri 300 dollardan aşağı olub.


3. Vətəndaşlar aylıq 300 dollarlıq limiti bir neçə sifariş ilə də yerinə yetirə bilərlər. Yəni, məsələn, ay arzində 10 dəfə 30 dollarlıq məhsul sifariş edə bilərlər.


4. Bu qərar ilə xüsusi APP üzərində vətəndaş online formada hər bir sifarişini gömrüyə bəyan etməli olacaq. Bu zaman ay ərizində 300 dolllara qədər sifarişlər çatanadək vətəndaşdan heç bir rüsum tutulmayacaq. Məqsəd informasiya toplamaqdır sadəcə.


5. Aylıq 300 dolları aşan sifarişlər limitdən artıq məbləği rəsmiləşdirməli olacaqlar. Rəsmiləşdirmə ya onlayn, ya da daşıyıcı şirkət tərəfindən həyata keçiriləcək.


6. Gömrük ödənişlərinin həcmi 18%-dən 36%-dək dəyişəcək". 

 

Açıklama yok.


Tahir Mirkişilinin sözlərinə görə, komitə üzvləri bu mexanizmin gələcəkdə təkmilləşdirilməsi ilə bağlı fikirlərini də bildirib:


"Aparılmış təhlillər göstərib ki, eyni məhsulların xarici onlayn platormalarda satış qiymətinin ölkəmizdəki satış qiymətlərindən xeyli fərqlənməsi və bir çox məhsulların çeşidlərindəki kasadlıq vətəndaşlara onlayn sifarişlərə üz tutmasına rəvac verməkdədir. Sahibkarlara da tövsiyəmiz qiymətlərin daha rəqabət qabiliyyətli olmalarına və vətəndaşların seçim imkanlarının bol olmasına çalışmalarıdır. İndi texnologiyalar dövrüdür, vətəndaşın zövqünü oxşayan və ədalətli qiymətlərlə ona məhsul təqdim edən sahibkar hər zaman udacaq”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top