“O, VƏTƏN XAİNİDİR, ƏCLAFDIR!…” – Putin Skripala olan nifrətini gizlədə bilmədi

MARAQLI 04 okt 2018, 11:13

“AzPolitika” xəbər verir ki, Rusiyada enerji forumunda iştirak edən prezident Vladimir Putin İngiltərədə zəhərlənmiş və böyük siyasi qalmaqala səbəb olmuş Sergey Skripal barəsində danışıb.

Rusiya prezidenti çıxışı zamanı ölkəsində polkovnik rütbəsinə qədər yüksəlmiş, sonradan isə İngiltərə xüsusi xidmətlərinə işləmiş kəşfiyyatçıya olan nifrətini gizlədə bilməyib: 

“Görürəm ki, bəzi informasiya mənbələri cənab Skripalı az qala hüquq müdafiəçisi kimi sırımağa çalışırlar. Ancaq o, sadəcə casusdur, vətən xainidir, başa düşürsünüz? O, sadəcə əclafdır!”

skripal9-09

Prezident həmçinin deyib ki, xüsusi xidmət orqanları arasındakı savaş, mübarizə yeni hadisə deyil: 

“Məlum olduğu kimi, casusluq və fahişəlik dünyadakı ən vacib peşələrdəndir…”

Putin xatırladıb ki, Skripal Rusiyada vətənə xəyanət ittihamı ilə 5 il həbsdə yatıb: 

“Biz onu buraxdıq, vəssalam. O, getdi və bəzi xüsusi xidmət orqanlarına məsləhətlər verməkdə davam etdi, nə olsun?”

Bundan əvvəl isə V.Putin ümumiyətlə, Skripal ətrafındakı “yaradıcı dedi-qodunu” yığışdırmağı təklif etmişdi.
Xatırladaq ki, rəsmi Moskva dəfələrlə inkar etsə də, İngiltərə hüquq-mühafizə orqanları davamlı olaraq, S.Skripalın Solsberi şəhərində zəhərlənməsində Rusiya xüsusi xidmət orqanlarının əlinin olduğunu iddia edib. Və hadisəni törətməkdə günahkar bildiyi şəxslərin kimliyini də ortalığa çıxarıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top