İndoneziyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1400 nəfərə çatır

DÜNYA 03 okt 2018, 09:33

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı təqribən 1374 nəfərə yaxınlaşıb.

 

"Report" "Channel News Asia" nəşrinə istinadən xəbər verir ki, bunu Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin rəhbəri Villem Rampanqiley deyib.

 

"Hazırda 1374 nəfərin öldüyü, 113-nün isə itkin düşdüyü məlumdur", - deyə o bildirib.

 

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına görə, təqribən 200 min nəfər təcili yardıma ehtiyac duyur, təqribən 66 min ev dağılıb və ya zərər çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top