“Əvvəllər ailə söhbətlərinin qonşunun bilməsinə utanırdılar, indi efirlərdə müzakirə edirlər” - İradə Tuncay

SOSİAL 01 okt 2018, 18:05
“Ümumiyyətlə, ailə söhbətlərinin efirə çıxarılmasının əleyhinəyəm, əvvəllər insanlarımız bu kimi problemlərinin qonşularının eşitməsinə belə utanırdılar...”
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı, əməkdar jurnalist İradə Tuncay deyib. İ.Tuncay efirlərimizdə mövzu qıtlığı olduğu üçün bu kimi problemlərə daha çox yer verildiyini bildirib:
 
“Təbii ki, belə məsələlərə münasibətim mənfidir. Ümumiyyətlə, ailə söhbətlərinin efirə çıxarılmasının əleyhinəyəm. Əvvəllər insanlarımız bu kimi problemlərinin qonşularının eşitməsinə belə utanırdılar. İndi doqquz milyonun qarşısına çıxıb bunu müzakirə edirlər. İnsanların utanc hissini itirməsi çox qorxuludur. Bunun ardınca çox neqativ hadisələr baş  verə bilər. Efirlərimiz də başqa heç nəylə efiri doldura bilmirlər. Bunlara elə gəlir bu, onlar üçün reytinq gətirir. Ola bilsin ki, onlara reytinq gətirsin və bu da bir müddət baş verəcək. Bəs bunun ardından gələn kriminal mühit necə olacaq? Mən bunu qəbul etmirəm. Necə ki, səksəninci illərdə ancaq yaxşı şeylərdən danışırdılar, hansı ki, hər şey heç yaxşı da deyildi, amma hər halda o yaxşı şeylərin içində, yaxşı nəsil yetişirdi. İndi isə kriminal hadisələrin üzərində insanları yetişdirirlər və bu da çox qorxuludur. Bu gün efirlərimizdə baş verənlər ümumi bir tendensiyadır və ona görə də hamı bunu edir”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top