Etibar Əliyev Sərdar Cəlaloğlunu gopçu adlandırdı: “Yaxşı ki, ona “Nobel” vermədilər” (FOTO)

SOSİAL 01 okt 2018, 08:37

Tanınmış təhsil eksperti Etibar Əliyev Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunu gopçuluqda suçlayıb.

 

Demokrat.az xəbər verir ki, Etibar Əliyev bununla bağlı özünün “Facebook” hesabında yazıb:


“Akademik Azad Mirzəcanzadəni 90 yaşının tamam olması münasibətilə onu xeyli dəyərli insanlar yada saldı. Böyük alimin haqqında maraqlı məqalələr və xatirələr yazdılar. Bir qrup adam da fikirləşdi ki, məqamdı, mən də həmişəki kimi xalqımızın sadəlöhvlüyünə güvənərək gopa basım. Bunlardan biri də Nisbilik nəzəriyyəsində Eynşteyni "neprav" çıxarmış Sərdar Cəlaloğludur. O, yazır: "Azad müəllim ən birinci ədəbiyyat siyahısında yazdığım alimlərdən sual verməyə başladı: Məsələn, soruşdu ki, sən siyahıda Xavbard yazmısan, onu oxumusan? Cavab verdim ki, bəli oxumuşam və evdə mənim şəxsi kitabxanamda onun “Dialektologiya”sı var"”. 


Bu adam yalançı xatirəsi ilə Azad Mirzəcanzadəni kiçiltməyə çalışır. Yazır ki, “Azad müəllim mənə dedi ki, “gəl sənə elmlər doktoru alimlik dərəcəsi verim””. Digər tərəfdən, mən qətiyyən inanmıram ki, Azad müəllim Xavbard adlı kitab müəllifinin adını çəksin və Sərdar Cəlaloğlunun adı düz olmayan müəllifin adı düz olmayan əsərinin adını çəkməsini ona bağışlasın. Cəlaloğluna xatırladıram ki, Azad müəllimin adından təhrif etdiyi müəllifin adı Xabbard, onun kitabının adı isə "Dianetika" adlanır. "Dianetika" psevdoelmi təlimdir. 
Allah üzümüzə baxdı: nə yaxşı ki, Sərdar bəyə psevdoelmə görə Nobel mükafatı vermədilər”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top