Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı AÇIQLANDI

SOSİAL 15 avq 2020, 21:14

Bu ilin ilk yarısında Azərbaycanda 17 min 841 nikah qeydə alınıb.


Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, nikahların 12 min 127-si bu ilin ilk 3 ayında, 5 min 714-ü isə “Şadlıq evləri”nin bağlı olduğu aprel-iyun aylarında qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu ilin aprel-iyun aylarında nikahların sayı ötən ilin aprel-iyun aylarındakından 3 dəfə az olub. Belə ki, ötən ilin aprel-may aylarında Azərbaycanda 16 min 200 nikah bağlanıb.


Koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunduğu aprel-iyun aylarında 3 min 284 boşanma qeydə alınıb. Nikahlardan fərqli olaraq boşanmalarda ciddi dəyişiklik baş verməyib. Karantin rejimindən əvvəlki ilk 3 ayda  3 min 823 boşanma qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu ilin aprel-iyun aylarında boşanmaların sayı ötən ilin aprel-iyun aylarındakından cəmi 23% az olub. Belə ki, ötən ilin aprel-may aylarında Azərbaycanda 4 min 285 boşanma qeydə alınıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top