Gəncənin deputatı metrodan istifadə etməyə başladı — FOTO

MARAQLI 30 sen 2018, 17:48

Sosial şəbəkələrdə Gəncənin deputatı Naqif Həmzəyevin Bakı metrosunda çəkilən fotosu yayımlanıb.

 
Gəncə Şəhər İcra hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə xüsusi yaxınlığı ilə daha çox tanınan Naqif Həmzəyevin Bakı metrosundan istifadə etməsi (onun bu şəkli qəsdən çəkdirib yaydırdığını iddia edənlər də var) sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

 
Belə ki, yazılanlara görə 2015-ci ildə Milli Məclisə deputat seçilən Naqif Həmzəyev ötən 3 il ərzində seçicilərinin etimadını doğrultmayıb. N.Həmzəyevin bu illər ərzində olan fəaliyyətinə diqqət yetirəndə də sanki onun gəncəliləri yox, sabiq icra başçısı Elmar Vəliyevin təmsilçisi olduğu görünür. 

 
Hələ ötən il mətbuatın yazdığına görə gəncəlilərin N.Həmzəyevə olan inamları o qədər aşağı olub ki, hər hansı şikayət və problemləri üçün Milli Məclisə gələn Gəncə sakini deputatları N.Həmzəyevin qəbuluna düşməkdənsə, Elmar Vəliyevin Milli Məclisdə işləyən oğlu Elmir Vəliyevin qəbuluna düşməyi daha məqbul sayıblar. 
 

Xatırladaq ki, N.Həmzəyev Milli Məclisin deputatı olmaqla yanaşı, Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədridir.(Qlobal.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top