"Sevinc Osmanqızını, Həbib Müntəziri Eldar Həsənov himayə edirmiş..." — SENSASİON AÇIQLAMA

GÜNDƏM 15 avq 2020, 16:35

"Xaricdən Azərbaycan hakimiyyətinə qarşı söyüş kampaniyası aparan şəxsləri, o cümlədən Sevinc Osmanqızını, Həbib Müntəziri və digər bu kimi şəxslərin idarə etdikləri internet resurslarını Eldar Həsənov himayə edib, onlara gizli şəkildə maliyyə vəsaitləri ötürüb".


Bu sensasiyalı fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. 


Hafiz Hacıyev deyib ki, Eldar Həsənov eyni zamanda Azərbaycanda fəaliyyət göstərən və bu gün "media holdinq"lərə çevrilən bir sıra saytları və internet resurslarını da himayə edərək, onları maliyyələşdirib.

 


Onun sözlərinə görə, Eldar Həsənovun ayrı-ayrı saytlara və internet resurslarına ötürdüyü pulların hamısı Azərbaycanın dövlət büdcəsindən oğurlanmış vəsaitlərdir:


"Fikir verin, Eldar Həsənov tutulan kimi Həbib Müntəzir, Sevinc Osmanqızı və digərləri ağlaşma qurublar, Eldarın müdafiəsinə qalxıblar. Əlbəttə ki, bunun səbəbi var. Çünki Həbibin, Sevincin və digərlərinin pulları kəsilib. İndi bu adamlar Eldar Həsənov kimi oğrunu qəhrəmanlaşdırmağa başlayıblar. Onlara dəstək verən başqa şəxslər də var".


Partiya sədri qeyd edib ki, Eldar Həsənov və bir sıra diplomatlar Azərbaycanın dövlət büdcəsini talayaraq, həmin vəsaitlərin bir hissəsini ölkəmizə qarşı çirkin kampaniyalara sərf ediblər:


"Mən bunu neçə illərdir ki, deyirəm: Azərbaycanın onlarla diplomatı Vətənə, dövlətə xəyanətlə məşğuldur, Azərbaycana qarşı olan qüvvələrə gizli məlumatlar və pullar ötürür. Onlardan biri də Eldar Həsənovdur. Bu adam özünü mafiyoz kimi aparırdı, Baş prokuror olan zaman nə qədər günahsız insana qarşı haqsız qərarlar verib. Bu gün onun həbsinə Azərbaycan xalqı çox sevinir".


Vaqif Hüseynli
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top