Nikol Paşinyanı öz sualları ilə mat qoyan Stiven Sakur kimdir? — DOSYE

DÜNYA 15 avq 2020, 15:30

Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan xalqının ürəyindən tikan çıxaran sualları ilə mat qoyan BBC-nin aparıcısı Stiven Sakur kimdir?


Demokrat.az xəbər verir ki, 1964-cü il yanvarın 9-da anadan olan Stiven Con Sakur dünyada çox məşhur olan BBC World News-in HARDtalk verilişinin aparıcısıdır.


On beş il BBC-nin xarici müxbir postlarında çalışıb.

 


Sakur 1986-cı ildə BBC-də təcrübəçi olaraq işə başlayıb və 1990-cı ildən sonra beynəlxalq məsələlər üzrə jurnalist kimi ixtisaslaşıb. Sakur 1989-cu ildə Çexoslovakiyadakı məxmər inqilabı və 1990-cı ildə Körfəz müharibəsi zamanı Almaniyanın yenidən birləşməsi barədə məlumat verərək, münaqişəni işıqlandıran BBC komandasının ən fəal üzvü olub.


Dünyadakı münaqişə ocaqlarını dərindən bilən Sakur Küveyt-İraq savaşında İraq ordusunun qırğını barədə məlumat verən ilk müxbir kimi tanınıb.


Sakur 1992-1995-ci illərdə Misirdə, 1995-1997-ci ilə qədər Qüdsdə müxbir məntəqələrində çalışıb.


1997-2002-ci illər arasında Vaşinqtonda BBC-nin müxbiri təyin edilib və Levinsky qalmaqalını işıqlandıran müxbir kimi də məşhurlaşıb. Onun Corc Buşla reportajlarını 20 milyondan çox insan izləyib.


Sakur Səddam Hüseynin süqutundan sonra 2003-cü ildə İraqa qayıdıb və İraqdakı rejim qurbanlarının kütləvi məzarları barədə ilk məlumat verib. O, həmçinin BBC-nin Cənubi Afrika, Maldiv adaları, İsveç, Avstraliya və Meksikadan olan beş dünya liderlərindən ibarət heyəti ilə iqlim dəyişikliyi ilə bağlı dünya miqyasında müzakirələrinin moderatoru olub.

 

 

2005-ci ildə Sakur BBC-nin HARDtalk xəbər proqramının müntəzəm aparıcısı olaraq veteran jurnalist Tim Sebastianı əvəz edib. O vaxtdan bəri o, Venesuelanın Prezidenti Uqo Çaves, Braziliya Prezidenti Luis İgnasio Lula da Silva, Banqladeşin Baş naziri Şeyx Hasina, Meksika Prezidenti Felipe Kalderon, İsrail Prezidenti Şimon Peres, Fələstinin Prezidenti Mahmud Abbas da daxil olmaqla bir sıra dövlət başçısından müsahibələr alıb.


Malayziyanın Baş naziri Mahathir Mohamad və müxalifət lideri Ənvər İbrahim, İraq prezidenti Cəlal Talabani, Moldovanın baş naziri Iurie Leanca, ABŞ-ın vitse-prezidenti Albert Qor, ABŞ-ın keçmiş müdafiə katibi Robert Qeyts kimi tanınmış siyasi xadimlərlə maraqlı müsahibələri ilə yadda qalıb.


Sakur Beynəlxalq Yayım Dərnəyi tərəfindən 2010-cu ilin noyabr ayında “İlin Beynəlxalq Televiziya Şəxsiyyəti” seçilib.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top