Bakıda 50 min manatlıq oğurluq edildi

KRİMİNAL 15 avq 2020, 14:57

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayətləri də ortaya çıxıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun ətrafında əməliyyat tədbirləri keçirilib.


Onun paytaxtın Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən ümumilikdə 15 850 manat, 10 000 ABŞ dolları və 15 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top