Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı

DÜNYA 15 avq 2020, 14:18

Rusiyada Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin ərsəyə gətirdiyi koronavirusa qarşı peyvənd dərmanının istehsalına başlanır.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.


Xatırladaq ki, iyun və iyul aylarında sınaqları keçirilən “Sputnik V” adlı peyvənd dərmanı avqustun 11-də rəsmi qeydiyyatdan keçirilməklə dünyada qeydiyyatdan keçən ilk belə dərman oldu. Rusiya Birbaşa Sərmayələr Fondunun rəhbəri Kiril Dmitriyev indiyədək 20 ölkədən həmin dərmandan cəmi 1 milyard doz sifarişi aldıqlarını bildirib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top