“Qarabağ haqqında ən yaxşı əsəri Ali Baş Komandan yazmalıdır” - Tanınmış yazıçı

SİYASƏT 30 sen 2018, 16:52
Dünən bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
 
İyirmi altı ildir ki, yurd həsrəti ilə yaşayan tanınmış yazıçı Seyran Səxavət Moderator.az -a açıqlamasında Qarabağla bağlı mitinq keçirməyin yox, döyüşüb torpaqlarımızı almalı olduğumuzun vacibliyini vurğuladı:
 
“Qarabağı mitinqlə almaq qeyri-mükündür. Bir dəfə televiziyada qonaq olanda dedilər ki, yazıçılar Qarabağdan az yazır. Yazmaqla da Qarabağı azad etmək mümkün deyil. Mənim bir az istedadım, fantaziyam var, bir obraz yaradaram, bir roman yazaram qıra-qıra gedib Yerevana çıxarıq. Mənə romanda, şeirdə, hekayədə alınan Qarabağ yox, naturada olan Qarabağ lazımdır. Doğrudanmı, mitinq keçirənlər hiss etmirlər ki, bunun vaxtı keçib. Biz burda mitinq edəndə Ermənilər Yerevandan qaçası deyil axı. 
 
Davayla verdiyimiz torpağımızı, davayla da geri qaytarmalıyıq. Ancaq döyüşmək lazımdır. Hətta yazıçı dostlarıma demişəm ki, Qarabağ haqqında yazmayın. Qarabağ haqqında ən yaxşı əsəri Ali Baş Komandan, Müdafiə naziri xalqa söykənərək yazmalıdır. Onda o əsər olacaq. Yoxsa ki,  Qarabağla bağlı hekayə və şeirimin heç bir əhəmiyyəti yoxdur”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top