Ermənistanda koronavirusdan ölənlərin sayı 817-yə yüksəldi

DÜNYA 15 avq 2020, 11:32

Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 495-a yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 817-yə çatıb. İndiyədək 34 484 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 5 952 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top