Ramil Quliyev Brilliant Liqada 5-ci oldu

İDMAN 15 avq 2020, 10:27

Türkiyə milli komandasının əslən azərbaycanlı atleti Ramil Quliyev Monakodakı Brilliant Liqada medal qazana bilməyib. 


"Report"un məlumatına görə, 30 yaşlı idmançı 200 metr məsafəyə qaçışda 20,80 saniyə nəticə göstərib. 


Dünya və Avropa çempionu 5-ci yerlə kifayətlənib. ABŞ təmsilçisi Noa Lays 19,76 saniyə ilə birinci olub.  


Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. Atlet 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu adını qazanıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top