Messi karyerasının ən ağır məğlubiyyətini yaşadı

İDMAN 15 avq 2020, 09:16

Argentinalı hücumçu və "Barselona" nın kapitanı Lionel Messi karyerasının ən böyük məğlubiyyətini yaşayıb.


"Report" ESPN Datos-a istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/4 finalında Kataloniya komandasının tərkibində Messi "Bavariya" ya 2:8 hesabı ilə məğlub olub. Bu məğlubiyyət onun həm klubda, həm də milli komandada karyerasının ən pis dövrü olub.


Bundan əvvəl 33 yaşlı hücumçu üçün ən böyük məğlubiyyət 2009-cu ildə Argentina millisinin tərkibində Boliviyaya qarşı olmuşdu (1:6).

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top