“Barselona”nın futbolçusu koronavirusa yoluxdu

İDMAN 14 avq 2020, 23:50

İspaniya "Barselona"sının futbolçusu Samuel Umtitinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

 

Demokrat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xəstəliyi simptomsuz keçirən fransalı müdafiəçi dərhal evində karantinə alınıb.

 

Kataloniya təmsilçisinin məsələ ilə bağlı UEFA-nı məlumatlandırdığı və oyunçu ilə yaxın ünsiyyətdə olan hər kəsdən analiz götürüldüyü bildirilib.

 

Qeyd edək ki, S.Umtiti zədə səbəbindən komandasının UEFA Çempionlar Liqasının 1/4 finalmərhələsinin Almaniya "Bavariya"sı ilə bugünkü matçı üçün Portuqaliyanın paytaxtı Lissabona yollanmayıb.  ("Report")

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top