Azərbaycanda qaz hasilatı artıb

İQTİSADİYYAT 14 avq 2020, 22:45

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 20,632 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.


Demokrat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 20,540 mln tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 6,3%, (əmtəəlik 6,5%) az olub.


Bu ilin 7 ayında ölkədə 22,246 mlrd kubmetr təbii qaz hasil edilib. Bu həcmin 15,897 mlrd kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin 7 ayında təbii qaz hasilatı illik müqayisədə 9,5%, əmtəəlik qaz hasilatı isə 13,3% artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top