Belarusda güc sturukturları etirazçılarla həmrəy oldu — VİDEO+YENİLƏNİB

DÜNYA 14 avq 2020, 19:56

Müstəqillik meydanında, Belarus Hökumət Evinin və MSK binasının yerləşdiyi ərazidə güc strukturları əməkdaşları nümayişçilərlə həmrəylik əlaməti olaraq əllərindəki qalxanları endirib.


“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.


Həmin əraziyə toplaşan minlərlə insan Prezidentin istefasını tələb edir.


Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən Aleksandr Lukaşenko növbəti dəfə prezident seçilib.

 

***

Minskdə Hökumət Evinin yaxınlığında etirazçılar güc strukturları əməkdaşlarını qucaqlayıb, onların əllərini sıxıblar.


“Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.


Ancaq bir müddətdən sonra Daxili Qoşunlar etirazçıları Hökumət Evinin yaxınlığından sıxışdırıb çıxartmağa başlayıblar.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top