"Cəlil Məmmədquluzdənin zamanından indiyədək qafamız dəyişməyib” - Xeyrəddin Qoca

SOSİAL 30 sen 2018, 14:59
Son zamanlar bəzi rəqslər və musiqlər trendə çevrildi. Ən geniş yayılanlardan biri də “səni deyirlər” mahnısı oldu. Urmiya gölünün qurudulması ölkədə Azərbaycan mədəniyyətini və siyasi fikirlərini boğmağa çalışan hökumətə qarşı etiraz edən İran azərbaycanlıları üçün əsas diqqət mərkəzinə çevrildi. İranda yaşayan azərbaycanlıların kampaniyası Azərbaycanda da geniş əks-sədaya səbəb oldu. İnsanlar ölkənin şəhərlərində, kəndlərində, hətta dağlarda, küçələrdə, meydanlarda, evlərdə “Səni deyirlər” mahnısının sədaları altında rəqs edərək, videolarını sosial şəbəkələrdə paylaşırlar. 
 
Yazıçı, keçmiş millət vəkili Xeyrəddin Qoca məsələylə bağlı Moderator.az-a açıqlama verib:
 
“50 il qabaq Azərbaycanın rəqqas və rəqqasələri  çox gözəl milli rəqslər oynayardılar. Kişilərimiz ağayana, qadınlarımız da xanım-xatun kimi oynayardılar. Azərbaycan milli rəqslərinin bütün elementlərini göstərə bilərdilər. Amma indi qızlarımız kişi kimi oynayırlar, oğlanlarımız da Allah bilir nə oynayırlar...Son zamanlar bir mahnı çıxıb ortalığa - “Səni deyirlər”. Mahnının müəllifi müsahibəsində Azərbaycan televiziyasına bildirib ki, “mən o mahnını oynamaq üçün oxumamışam”. Başa düşə bilmirəm ki, bizimkilər niyə düşüblər ortalığa? Hətta utanmaz-utanmaz bizim televiziyalarda bunu təbliğ edir ki, güya biz həmrəyik. Siz kim üçün həmrəysiniz? Nə üçün həmrəysiniz? Mahnı Urmiya gölünün qurudulmasına etiraz olaraq oxunub. Deməli belə çıxır ki, Urmiya gölü qurudulub, azərbaycanlılarda buna sevinirlər. Düşüb ortalığa oynayırlar. Hətta bəzi qadınlar göbək rəqsi oynayırlar. Özlərinin bütün əzalarını göstərirlər.Əllərini də qoyurlar sinələrinin ortasına deyirlər məni deyirlər. Sənin nəyini deyirlər və niyə deyirlər. Deməli, 120 il bundan qabaq Cəlil Məmmədquluzdə nə yazıbsa, biz həmin adamlarıq. Bizim o zamandan indiyənə qədər qiyafəmiz dəyişib, kafamız dəyişməyib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top