Vahid Əhmədov onlayn qəbul keçirdi — FOTOLAR

SOSİAL 14 avq 2020, 17:33

Millət  vəkili  Vahid  Əhmədov  elan  olunmuş  karantin  şəraitinin  tələblərini  nəzərə  alaraq  növbəti  qəbulunu  onlayn  şəkildə  keçirib.

 

Demokrat.az xəbər verir ki, millət  vəkilnin  Quba  şəhərində yerləşən  ofisində   toplaşan  52  seçicinin  hamısı  deputat  tərəfindən  təkbətək  qəbul  edilərək  dinlənilib.

 

Deputatlarına  cansağlığı  arzulayan  sakinlər  Vahid  Əhmədovla  öz  problemlərini  bölüşərək  ondan  kömək  istəyiblər. Quba  seçicilərini  bu  qəbulda   ev  tikintisi  üçün  torpaqların  verilməsi, yaşadıqları  mənzillərin  təmiri  və  fasad  hissələrinin  bərpası, işlə  təmin  edilmə, pandemiya  şəraitində  qarşılaşdıqları  problemlərin  həlli, bəzi  yerlərdə  müraciətlərinə  baxılarkən  süründürməçilik  hallarına  yol  verilməsi, sosial  yardımların  verilməsi  və  digər  məsələlər   ən  çox  qabardılan  məsələlərdən  olub.
             

Səsləndirilən  bəzi  məsələlər  barəsində  şikayətçinin  iştirakı  ilə  araşdırılma  aparılıb, qəbul  edilən  qərarlar  barədə  ona  məlumat  verilib.

 

Həlli  üçün  vaxt və  araşdırma  tələb  edən  suallar  deputat  köməkçisi  tərəfindən  qeydiyyata  alınıb, deputatın  verdiyi  qərara  uyğun  olaraq  tədbir  görüləcəkdir.

            

Belə  qəbullarin  tez-tez  keçiriləcəyi  barədə  seçicilərə   məlumat  verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top