SON DƏQİQƏ: Azərbaycanda sutkalıq yoluxma sayı 100-ü ötdü

SOSİAL 14 avq 2020, 17:27

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, 2 024 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, bu günə qədər isə ümumilikdə 820 002 test icra olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top