“Sumqayıt” avrokuboklar üçün İrandan hücumçu transfer etdi — FOTO

İDMAN 14 avq 2020, 17:04

Bu mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” hücumçu transferini reallaşdırıb.


Oxu.Az-ın xəbərinə görə, ötən mövsümü İranın “Sepahan” klubunda keçirmiş Əli Qurbani ilə bir illik müqavilə bağlanılıb.


Azərbaycan iranlı futbolçunun legioner karyerası yaşayacağı ikinci ölkə olacaq. O, daha əvvəl 2018/2019 mövsümündə Slovakiyanın “Spartak” (Trnava) klubunda çıxış edib.

 

Qeyd edək ki, onunla iki gün əvvəl müqavilə bağlansa da, nədənsə “Sumqayıt”ın rəsmi saytı hələ bunu elan etməyib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top