Hafiz Hacıyev: “Dağlıq Qarabağ problemi həll olunmuş məsələdir, biz sadəcə...”

SİYASƏT 14 avq 2020, 14:37

“Biz ermənilərə deyirik ki, torpaqlarımızdan çıxın, başqa bir şey istəmirik ki. Biz suverən xalqıq, dövlətik, həmişə sülhsevər olmuşuq”


Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 
H.Hacıyev Arayik Arutyunyanın Gəncəni vurmaq kimi arzusunun heç vaxt reallaşmayacağını bildirib:


“Artıq ermənilər tam olaraq uduzublar, vahimə içindədirlər. Bizi Ali Baş Komandanımızın son vaxtlar apardığı xarici və daxili siyasət və həmçinin qardaş Türkiyəylə daha da sıx birləşməyimiz ermənilərin kökünə birə salıb. Həm Ermənistandakı, həm də Azərbaycan daxilində hakimiyyətdə olan ermənilərin bütün arzuları fiaskoya uğrayıb. Biz ermənilərə deyirik ki, torpaqlarımızdan çıxın, başqa bir şey istəmirik ki. Biz suverən xalqıq, dövlətik, həmişə sülhsevər olmuşuq. Deyirik siz bizim torpaqlarımızı işğal etmisiniz və biz torpaqlarımızı siz işğalçılardan, terrorçulardan azad edirik. Arayik Arutyunyan da terrorçuların başçısıdır. Lazım olanda onun da, ona himayədarlıq edənlərin də dərisini soyacağıq. Azərbaycan artıq inkişaf etmiş bir dövlətdir, güclü ordumuz, türk qardaşlarımız, güclü prezidentimiz var. İrəvan da bizim olub, biz oranı da alacağıq, qoy bunu ermənilər bilsinlər. Ona görə də ermənilər qorxularından bu cür ilginc fikirlər səsləndirirlər. 


Ermənilərə bu günə qədər himayədarlıq edən dövlətlər var idi və onlar da görürlər ki, “bu xına, o xınadan deyil”, Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər güclü mövqeyi var, bunu ortaya qoyub. Bu günə qədər bizə maneçilik edən ermənilərlə qohum olan rəhbər vəzifəli insanlar idi və onların da bir hissəsi işdən kənarlaşdırılıb və az hissəsi qalıb və onları da kənarlaşdırandan sonra ermənilərə məlumat ötürən olmayacaq. Ermənilərin cəsarəti çatıb nəinki Gəncəni, heç bir sərçəni də vura bilməzlər. Onların himayədarları öz iç üzlərini göstərdilər, dörd yüz tona yaxın düşmənə silah göndərmişdilər, bizim Ali Baş Komandanımız da qəti şəkildə öz mövqeyini ortaya qoydu. Düşünürəm ki, Dağlıq Qarabağ problemi həll olunmuş məsələdir, biz ermənilərə vaxt veririk ki, torpaqlardan çıxsınlar, əgər çıxmasalar, onları döyə-döyə, qulaqlarını kəsə-kəsə torpaqlarımızdan çıxaracağıq. Biz artıq qəti iradəmizi ortaya qoymuşuq, dövlət başçısı bu istiqamətdə işlər aparır və dünən də Türkiyənin müdafiə naziri və digər ordu generalları ilə birgə aparılan söhbətlər buna tam əyani sübutdur. Biz “bir millət, iki dövlətik”, yəni bir ananın bətnindən çıxan qardaşlarıq, Türkiyə hər zaman bizim yanımızdadır. Biz də öz gücümüzlə torpaqlarımızı işğaldan azad edəcəyik və quruculuq işləri ilə məşğul olacağıq. Buna artıq qərar vermişik və bu qısa müddətdə öz həllini tapacaq”.


Qeyd edək ki, əməkdaşımızın verdiyi xəbərə görə separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan  çıxışı zamanı deyib ki, əgər Azərbaycan Stepanakerti vurarsa, cavab olaraq biz də Gəncəni vuracağıq.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top