Rövşanə Aysel və Aynişanın ayrılmasından yazdı: "İndi də qayınana kürəkənini..."

ŞOU-BİZNES 14 avq 2020, 09:16

"İnstaqrama girmək olmur... "Filankəs ərini izləmədən çıxartdı... bəhmənkəs instaqramdan ərinin şəkillərini sildi... filan cütlük deyəsən ayrıldı... onların ayrılmalarının gizlin səbəbləri... nə bilim, şok təfərrüat... ay qısqanclıq filan... məşhur cütluk bir birinin şəkillərini sildi"... İndi də yazıblar ki, qaynana kürəkəni izləmədən pozub... Heç dəxli var?.. bu nə biabirçılıqdır".


Demokrat.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı feysbukda yazıb.


Son günlər Aynişan Quliyevanın və bloqer Aysel Şükürün həyat yoldaşından ayrılması xəbərlərinin geniş müzakirə olunmasını tənqid edən teleaparıcı boşanma iddialarının hələ dəqiq olub-olmamasının bilinmədiyini əlavə edib. (publika.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top