Daha bir azərbaycanlı kriminal öldürüldü

HADİSƏ 13 avq 2020, 23:22

Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.

 

Demokrat.az-ın xəbərinə görə, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.

 

Avqustun 10-da baş vermiş insident zamanı M.Hüseynov ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb.

 

Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

 

Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var. ("Report")

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top