“Yeni Dövlət İdarəçiliyi” mövzusunda onlayn dəyirmi masa keçirildi

SOSİAL 13 avq 2020, 21:33

 “Hüquqi Təhlil və Araşdırmalar”İctimai Birliyi  və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Yeni Dövlət İdarəçiliyi” mövzusunda onlayn dəyirmi masa keçirib. 

 

Tədbirdə çıxışçı, şəbəkənin eksperti, Ankara Hacı Bayram Vəli Universitetinin “Dövlət və Bələiyyə İdarəçiliyi” ixtisası üzrə Doktorantı, İsmayıl Kərimov olmuşdur. Görüşün moderatoru, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri, London Metropolitan Universitetinin doktorantı Ramil İskəndərli olub. 

 

Tədbirdə İsmayıl Kərimov təqdimatında yeni dövlət idarəçiliyi anlayışı, elektron dövlət anlayışı, dövlət idarəçiliyində strateji idarəçilik və performans dəyərləndirməsi, yeni dövlət idarəçiliyində ictimai iştirakçılıq, kadr siyasəti məsələləri ilə bağlı mövzu təqdim edilmiş və interaktiv qaydada görüş iştirakçıları ilə birgə müzakirə olunub. 


Mövzu ətrafında müzakirələrdə Rəşad Abilzadə, Eynulla Xeyrullayev, Nailə İsmayılova, Məxluqə Qəhrəmanlı, Elmari Məmişov, Möhübbəli Nağıyev və digərləri öz fikirlərini bildirmiş və təkliflərini səsləndirmişlər. Görüşdə həmçinin Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın sədri Azər Allahverənov, QHT nümayəndələri Əhməd Abbasbəyli, Cəlal Əmənov, Mətanət Zeynalova, Əli Fərzəliyev və digərləri iştirak etmişlər.


İştirakçılar çıxışlarında aşağıdakı təklifləri səsləndirmişlər:

 

-Dövlət idarəçiliyində neo-liberal islahatlar zamanı müsbət məqamlar olduğu kimi, mümkün mənfi məqamlara da diqqət etməyin vacibliyi 

 

-Dövlət idarəçiliyində daha peşəkar kadrların idarəetmə prosesinə cəlb olunması

 

-Qadınların dövlət idarəçiyilində iştirakçılığının təminində formallıqdan qaçılması

 

-Yerli icra orqanları heyətinin idarəetmə üzrə peşəkar təlimlərə cəlb olunması və dövlət qulluğuna imtahan vasitəsilə seçilməsi

 

-Dövlət idarəçiliyində ictimai iştirakçılıq təkmilləşdırılməli

 

-QHT-lərin ictimai nəzarət funksiyası və dövlət layihələrində iştirakçılığı artırılmalıdır.

 

-Elektron hökümət konsepsiyasının uğurlu tətbiqinin davamı və keyfiyyət səviyyəsinin ölçülməsi üçün dəyərləndirmə alətlərinin təkmilləşdirilməsi

 

-ASAN xidmətin əhaliyə ictimai xidmətlər sahəsində müsbət təcrübəsinin digər əlaqədar dövlət orqanları ilə rəqabət mühiti yaratmaqla, təkmilləşdirilməsi və s.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top