Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib — FOTOLAR

SOSİAL 13 avq 2020, 16:33

Abşeron rayonunda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib.

 

Belə ki, rayonun 15 kənd və qəsəbəsində könüllülərdən, icra nümayəndələrdən və polis əməkdaşlarından ibarət mobil qruplar yaradılıb. Onlar tərəfindən gündəlik olaraq parklarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi ərazilərdə təbliğat işləri həyata keçirilir.

 

Könüllülər bu gün Ceyranbatan, Hökməli, Novxanı və Pirəkəşküldə Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparılır. Əməkdaşlar sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd karantin qaydalarının yumuşaldılmasından sonra bəzi sakinlər arasında yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVİD-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.

 

Bu işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top