ŞOK: Ermənistan müsəlman ölkəsinə yardım payı kimi spirtli içki göndərdi — FOTOLAR

HADİSƏ 13 avq 2020, 16:22

Dağlıq Qarabağda Livandakı ermənilərə dəstək olmaq üçün vəsaitin toplanmasına başlanılıb.


Demokrat.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, artıq avqustun 11-də 11.5 ton ərzaq yardımı Livana göndərilib. Yardımı “Artsaxbio”, “Artsaxberi”, “Reosid” şirkətləri təqdim edib. 


Erməni mediasının yaydığı məlumata görə, çətin durumda olan Ermənistan və işğal altında olan Qarabağdakı erməni əhalisinin Livana yardım göndərməsi birmənalı qarşılanmayıb. 


Ermənistan mediası qeyd edir ki, Livana göndərilən yardımda maye halında olan məhsullar, o cümlədən spirtli içki üstünlük təşkil edib. 


Müsəlman ölkəsinə faciə dövründə spirtli içki göndərmək isə ancaq Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağdakı rejimin mahiyyətinə uyğun ola bilər. 


Qeyd edək ki, müsəlman ölkəsinə faciə dövründə spirtli içki göndərmək yalnız Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağdakı separatçı rejimin mahiyyətinə uyğun ola bilər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top