ABŞ Belarusa sanksiya tətbiq etməyi nəzərdən keçirir

DÜNYA 13 avq 2020, 14:14

ABŞ Dövlət katibi Mayk Pompeo ölkədə baş vermiş etiraz aksiyaları fonunda Belarusa qarşı sanksiya tətbiq edilməsini istisna etməyib.


Gazeta.ru-nun xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı məlumat yayıb.


Dövlət katibi qeyd edib ki, ABŞ hazırda sanksiya tətbiqi və neft tədarükünün dayandırılması məsələlərini nəzərdən keçirir.


M.Pompeo, həmçinin, ABŞ-ın hələlik Belarusdakı vəziyyətə necə cavab verəcəyini müəyyən etmədiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top