"Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir"

ŞOU-BİZNES 13 avq 2020, 00:03

Müğənni Əli Mirəliyev toyların keçirilməməsinə görə maddi durumundan gileylənən müğənnilərin haray-həşirinə münasibət bildirib. 

 

O, Moderator.az-a açıqlamasında deyib ki, gileylənən müğənnilərin çoxu toylara fantasktik qiymətə gedəndə bilmirdimi nə vaxtsa belə bir şey olacaq:

 

“İndi toy qadağasından "qan ağalayan" müğənnilər vaxt var idi deyirdi ki, toya 10-15 minə gedirik. Özlərinə qiymət qoymuşdular və bilmirdilər ki, nə vaxtsa belə bir şey olacaq və qazandıqlarını xərcləməyə məbur olacaqlar? Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir. Onlar ancaq toy mahnıları oxuyurlar. Hər bir şeyin əvvəli və sonu olur. İndi də həmin müğənnilərin sonudur, hünərləri var mənim kimi gedib Q.Rüstəmovun, C.Cahangirovun mahnılarını oxusunlar. Görüm oxuya biləcəklər? Ona görə də vaxtında oxumağı öyrənəydilər. Vaxtında fantastik qiymətə toylara gedəndə kifayət qədər pul yığıblar, indi onlardan pul çıxdığı üçün fəryad edirlər və bunu istəmirlər. Maşınlarını, evlərini, obyektlərini satıb dolansınlar da. İndi pandemiya dövrüdür, neyləyək, toy edək camaatı qıraq? Bir-biriləri ilə öpüşüb yenə virusu yayacaqlar”. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top