"Bizimkilərdən fərqli olaraq buradakı adamlar şüurludurlar" — Cəmil Həsənli xalqı aşağıladı (VİDEO)

SİYASƏT 12 avq 2020, 19:54

AXCP və Milli Şuranın qeybətxana şousundan növbəti seriya – Bu dəfə amerikansayağı Cəmil Həsənli xalqı alçaltdı…Əli Kərimlinin blokada şousu növbəti dəfə ifşa edildi…Tənhalıq simvolu Gültəkin Hacıbəylinin inək sevgisi davam edir- bu dəfə cins inəklər seçildi…Vahid Məhərrəmli istirahətdə olan Kərimlinin adından cəbhəçi və milli şuraçıların trolluq fəaliyyətini yüksək qiymətləndirdi…Vidadi Mirkamal qeybətxananın lağ obyekti fransız Rahim Hacıyevin kəlləsinə ilişdi…


Vidadi Mirkamal: Cəmil müəllim, orada necədi vəziyyət, karantin necədi, amerikalılar necə gözləyirlər bəs karantin qaydalarını, karantin yoxdu bəyəm onlarda?


Cəmil Həsənli: Var, sadəcə bizimkilərdən fərqli olaraq burdakı adamlar özləri şüurludurlar.


Vahid Məhərrəmli: Bir az bundan qabaq Əli bəylə əlaqə saxladım, vəziyyəti yaxşıdı, deyir istirahət eləyirəm, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağolun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdız, plakatlar təşkil olundu. İndi orda kimin statusuna nə qədər layk gəldi, gəlmədi bu elə də əhəmiyyətli deyil, əsas odu yazdıq.


Göründüyü kimi, bu dəfəki iclas da həmişəki kimi çox “ciddi” və “səviyyəli” keçdi…

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top