Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı açıqlandı

SİYASƏT 12 avq 2020, 13:48

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.


Demokrat.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.


Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.


Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.


Komitə iclaslarının keçirilməsinə isə sentyabrın 15-dən başlanılacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top