Bərdədən pis xəbər gəldi — Ölü və yaralılar var

KRİMİNAL 12 avq 2020, 11:23

Bərdədə qətl hadisəsi törədilib.


Demokrat.az xəbər verir ki,  hadisə rayonun Şorəlli kəndində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Həsənli ölüb, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirililər.


Xəstəxanadan verilən məlumata görə, yaralı şəxslərin vəziyyətləri ağırdır.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top