Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı

DÜNYA 12 avq 2020, 11:29

Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 794-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 806-ya çatıb. İndiyədək 33 492 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 6 262 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top