Azərbaycan nefti ucuzlaşdı

İQTİSADİYYAT 12 avq 2020, 11:16

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,4 ABŞ dolları, yaxud 0,87% azalıb.


Demokrat.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,56 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top