Aeroport yolunda qəza tıxac yaratdı

HADİSƏ 11 avq 2020, 20:23

Aeroport şossesində (Hava limanı istiqamətində Ramana körpüsünü enən hissədə) yol-nəqliyyat hadisəsi baş verib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Demokrat.az-a verilən məlumata görə, bu səbəbdən hazırda aeroport şossesində, Sabunçu körpüsünün yanından başlayaraq hava limanı istiqamətində hadisə baş verən yerədək sıxlıq yaranıb.

 

"Məlumat üçün bildiririk ki, hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektdə, o cümlədən Q.Qarayev, H.Əliyev və Z.Bünyadov prospektlərində K.Rəhimov, Y. Səfərov küçələrində sıxlıq müşahidə olunur. Sıxlıq səbəbindən bır sıra müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var", - deyə məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top