Bu ölkə koronavirusa tamamilə qalib gəldi

DÜNYA 11 avq 2020, 20:10

Yeni Zelandiya koronavirusa tamamilə qalib gələn ölkələrdəndir. 

 

Demokrat.az-ın xəbərinə görə, sonuncu dəfə ölkədaxili yoluxma mayın 1-də qeydə alınıb.


Baş nazir Yasinda Ardern buna baxmayaraq ikinci dalğa təhlükəsinin davam etdiyini bildirib.


O, yeni yoluxmaalrın hamısının xaricdən gələnlərdə qeydə alındığını deyib.


Qeyd edək ki, 5 milyon əhalisi olan Yeni Zelandiyada 1 martdan etibarən fövqəladə vəziyyət elan edilmişdi. Ölkə 27 apreldə koronavirusa qalib gəldiyini açıqlamışdı. Ölkədə ümumilikdə 1569 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 22-si vəfat edib, 1524-ü sağalıb. Hazırda 23 aktiv xəstə var ki, onların da hamısı digər ölkələrdən gələnlərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top